525.Az

İstanbuldan Cakartaya uçan təyyarədə insident


 

İstanbuldan Cakartaya uçan təyyarədə insident<b style="color:red"></b>

THY-nin İstanbuldan Cakartaya uçması planlaşdırılan təyyarəsi İndoneziyanın Maden şəhərində insident törədən sərnişinin ona xəbərdarlıq edən kabin heyətinə hücum etməsi nəticəsində təcili eniş edib. 

525.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, THY-nin "TK 56" uçuş nömrəli "Boeing 777-300" tipli təyyarəsi İndoneziyanın paytaxtı Cakartaya getmək üçün 2-si körpə olmaqla cəmi 336 sərnişinlə dünən İstanbuldan havaya qalxıb. 

Ekspedisiya zamanı indoneziyalı sərnişin davranışı ilə sərnişinləri narahat edib. Kabin heyəti sərxoş olduğu aşkarlanan və problem yaratmağa davam edən sərnişinə xəbərdarlıq edib. Təyyarə heyətinə hücum edən sərnişinin stüardessaya yumruq və təpik vurması səbəbindən pilotlar təcili eniş etmək qərarına gəliblər. 

Təyyarə İndoneziyanın Medan şəhərindəki Kualanamu beynəlxalq hava limanına enib. Hücum edən şəxs polis tərəfindən nəzarətə götürülüb. İlk yardımı həmkarları tərəfindən edilən kabin heyətinin müalicəsinin paytaxt Cakartada davam edəcəyi öyrənilib. 

Daha sonra təyyarə digər sərnişinləri ilə birlikdə Cakartaya yola düşüb. İndoneziya mətbuatında geniş yer alan xəbərlərdə təyyarədə insident törədən 48 yaşlı Muhamad Jhon Jaiz Boudewijn adlı sərnişinin İndoneziyada bir hava yolu şirkətində pilot olaraq çalışdığı bildirilib.

Malik Atilay

 





13.10.2022    çap et  çap et