525.Az

"Azərbaycan Əfqanıstanda Türkiyənin Regional Komandanlığı altında fəaliyyət göstərəcək"


 

Müsahibimiz Azərbaycanın NATO yanında daimi nümayəndəsi, səfir Xəzər İbrahimdir

"Azərbaycan Əfqanıstanda Türkiyənin Regional Komandanlığı altında fəaliyyət göstərəcək"<b style="color:red"></b>

-Azərbaycanla NATO arasında əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

-Azərbaycan NATO arasında praktiki strateji səviyyədə əməkdaşlıq davam edir. Bu əməkdaşlıq Azərbaycanın Milli Təhlükəsizlik konsepsiyasından irəli gələn Avro-Atlantik strukturlara inteqrasiyaya yönələn strateji məqsədinə xidmət edir. Siyasi dialoq, NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik çağırışları, müdafiə islahatları uyarlılıq, etimad fondları mülki fövqəladə planlaşdırma istiqamətlərində NATO ilə aktiv əməkdaşlığımız həm NATO tərəfindən yüksək qiymətləndirilməklə, eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında NATO-ya səfəri zamanı qeyd etdiyi kimi, Azərbaycan NATO münasibətləri artıq strateji səviyyəyə qalxıb. NATO ilə əməkdaşlıq sahələri Azərbaycanın bu münasibətlərə olan töhfələri əməkdaşlığın strateji səviyyəyə yüksəlməsinin göstəricisidir.

-Bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Brüsselə, NATO mənzil-qərargahına səfər etdi bir sıra görüşlər keçirdi. Bu səfər görüşləri Alyansla əməkdaşlığın inkişafı baxımından necə dəyərləndirirsiniz?

-Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 4 iyun 2014- il tarixdə ISAF müdafiə nazirlərinin görüşündə iştirak çıxış etdi, həmçinin səfər çərçivəsində Müttəfiqlərin Avropa üzrə Ali Komandanı general Filip Bridlav, ABŞ-ın müdafiə katibi Çuk Heygel ilə ikitərəfli görüşlər keçirdi, Türkiyə Gürcüstanın müdafiə nazirləri ilə üçtərəfli görüş baş tutdu. Nazirin səfərini ölkəmizin NATO ilə müdafiə sahəsində əməkdaşlığının genişlənməsi baxımından çox yüksək qiymətləndirirəm.

Zakir Həsənov general Filip Bridlav ilə görüşündə NATO-nun tərəfdaş ölkələr üçün təqdim etdiyi bütün mexanizmlərin Azərbaycan tərəfindən müvəffəqiyyətlə istifadə olunduğunu, müdafiə islahatları Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması baxımından çox faydalı olduğunu bir daha vurğuladı   NATO-nun hərbi təlim, təhsil təcrübə sahəsində təqdim edə biləcəyi bütün imkanları qəbul etməyə hazır olduğumuzu qeyd etdi.   Müdafiə naziri NATO qərargahlarında strukturlarında xidmət edən Azərbaycan zabitlərinin sayını yaxın illərdə əhəmiyyətli dərəcədə artırmaq niyyətinin olduğunu bəyan etdi.

Müttəfiqlərin Avropa üzrə Ali Komandanı Azərbaycanın qabaqcıl tərəfdaş olduğunu vurğuladı, NATO əməliyyatlarına göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə etdi. NATO-nun Azərbaycanın müdafiə imkanlarının qabiliyyətlərinin inkişafına önəm verdiyini bildirdi bunun üçün təşkilatın imkanları daxilində istənilən yardıma hazır olduqlarını diqqətə çatdırdı. 

Səfər bir daha təsdiq etdi ki, ölkəmizin NATO ilə müdafiə sahəsində əməkdaşlığının əsas istiqamətlərini təşkil edən müdafiə sahəsində təlim təhsil, qüvvələrin qarşılıqlı uyarlığın artırılması, Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması hər iki tərəfin marağındadır bu istiqamətlərdə praktik əməkdaşlığın səviyyəsi yüksələn xətt üzrə inkişaf edir.

-Azərbaycan 2014- ildən sonra Əfqanıstanda qalacağını artıq bəyan edib. Ölkənin orada hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi konkret məlumdurmu?

-2014- ilin sonunda, ISAF əməliyyatı başa çatdıqdan sonra NATO Əfqanıstanda Qətiyyətli Dəstək adlanan yeni Təlim, Məsləhət Dəstək missiyası ilə mövcudluğunu davam etdirəcək. Bu missiya qeyri-döyüş xarakterli olub, daha az kontingenti əhatə edəcək, Əfqan Təhlükəsizlik Qüvvələri milli təhlükəsizlik təsisatları üçün Təlim, Məsləhət Dəstək verilməsi məqsədini daşıyacaq. NATO-nun Əfqanıstanda post-2014 missiyası üzrə Əməliyyat Konsepsiyası qəbul edilib, hazırda əməliyyatın planlanması, hüquqi sənədlərin imzalanması üzrə davam etdirilir.

Azərbaycan NATO-nun Əfqanıstanda post-2014 missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanınan 11 dövlətdən biridir. Bu o deməkdir ki, Azərbaycan post-2014 missiyasına töhfə vermək öhdəliyi götürüb missiyanın planlanması prosesində, qərar formalaşdırmada iştirak edir.

Azərbaycanın yeni missiyaya töhfəsinin həcmi xarakteri planlama tam baş çatdıqdan sonra müəyyən olunacaq. Deyə bilərik ki, ölkəmiz Türkiyənin Regional Komandanlığı altında fəaliyyət göstərəcək missiyanın bir sıra mühüm elementləri o cümlədən, qüvvə mühafizəsi, təlim, maliyyə dəstəyi üzrə töhfə vermək, habelə tranzit dəstəyini təmin etmək əzmindədir. Azərbaycan artıq 2014- ildən sonra Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin təminatına 2 mln. Avro töhfə verəcəyini bəyan edib.

Bundan əlavə, 2015-2024- illər transformasiya dekadası ərzində Əfqanıstanın davamlı inkişafına yardım kontekstində NATO Azərbaycanı aparıcı region dövlətlərindən biri kimi qiymətləndirir.

-Bu il ərzində NATO Azərbaycan münasibətlərində hansı yeniliklər gözlənilir?

- Cari ildə NATO tərəfindən tərəfdaşlarla münasibətlərə daha çox maraq ayrılıb. Regionda baş verən təhlükəsizlik mühitində inkişaflar eləcə , NATO-nun Sülh naminə tərəfdaşlıq Proqramının (SNT) 20 illiyi NATO-nun tərəfdaşlarla münasibətlərini yenidən nəzərdən keçirməsinə gətirib çıxarıb. Bu kontekstdə, NATO-nun şərq tərəfdaşları ilə əməkdaşlığının gücləndirməsi bu tərəfdaşlarla münasibətlərini yenidən nəzərdən keçirməsini qeyd etmək istərdim. Heç təsadüfi deyildir ki, qarşıdan gələn Uels sammitində əsas mövzulardan biri tərəfdaşlar olacaqdır. Təbii ki, baş verən bu proseslər aktiv SNT ölkəsi olan Azərbaycana da təsirsiz ötüşmür Azərbaycanla əməkdaşlıq sahələrinin çevrəsini münasibətlərin gücləndirilməsinə gətirib çıxarır.

PƏRVANƏ

 





18.06.2014    çap et  çap et