525.Az

"İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır"


 

"İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır"<b style="color:red"></b>

"Qarabağ münaqişəsi ilə bağlı İsrailin mövqeyi hamıya bəllidir. Biz öz regionumuzdakı təcrübəmizə əsaslanaraq deyə bilərik ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır".

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Səfir bildirib ki, İsraillə Azərbaycanın çox gözəl strateji münasibətləri var.

Diplomat Azərbaycanla kənd təsərrüfatı, turizm, səhiyyə energetika sahəsində əməkdaşlıq etdiklərini, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə kənd təsərrüfatı bir sıra sahələr üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində müzakirələr aparıldığını bildirib. O, Gəncədə İsrail həkimlərinin çalışacağı yeni klinikanın tikildiyini bəyəndiyini deyib.

İsrail səfiri Gəncəyə səfəri çərçivəsində ali təhsil müəssisələrində görüş keçirəcək.

 





18.06.2014    çap et  çap et