525.Az

Tarladan 2400 illik məzar tapılıb


 

Tarladan 2400 illik məzar tapılıb<b style="color:red"></b>

Türkiyənin Muğla şəhərinin Milas rayonunda bir fermerin traktoru ilə şumladığı tarlada 2400 il yaşı olduğu düşünülən kameralı türbə tapılıb. 

525.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Meşəlik qəsəbəsində fermer olan 55 yaşlı Ahmet Baki Karabacak tarlasını şumlayarkən traktorunun şumunda daş qalıb. Daşı yoxlayan Karabacak onun qəbirə aid olduğunu zənn edərək vəziyyəti Milas Muzeyi səlahiyyətlilərinə çatdırıb. Sahəyə gələn muzey rəsmiləri burada xilasetmə qazıntısına başlayıb.

Qazıntı nəticəsində Ellinistik dövrə aid olduğu düşünülən və 2400 il əvvələ aid kameralı türbə tapılıb. Tarlada qazıntıların aparıldığı bildirilib.

Malik Atilay

 





14.10.2022    çap et  çap et