525.Az

Meymun çiçəyi xəstələrinin sayı 70 mini keçib


 

Meymun çiçəyi xəstələrinin sayı 70 mini keçib<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 70 mindən çox meymun çiçəyi xəstəsinin olduğunu bildirib.

525.az BBC-ə istinadən xəbər verir ki, Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus meymun çiçəyi, vəba və Covid-19 epidemiyaları ilə bağlı son vəziyyəti dəyərləndirib. Haitidəki vəba epidemiyasından narahat olduqlarını vurğulayan Qebreyesus: "Xəstələrin dörddə biri 5 yaşdan kiçik uşaqlardır. Ölkədə vəziyyət sürətlə pisləşir. Əvvəllər və indi aşkarlananlar xaricində naməlum infeksiyalar var"- deyib. Meymun çiçəyi xəstəliyinə toxunan Qebreyesus: "Bu günə qədər ÜST-ə 70 mindən çox meymun çiçəyi və 26 ölüm hadisəsi bildirilmişdir", - deyə qeyd edib. 

Meymun çiçəyi xəstəliyinin COVID-19 kimi "qlobal fövqəladə hal" olaraq qaldığını xatırladan Qebreyesus ölkələri sınaq və izləmə imkanlarını artırmağa çağırıb.

Məhəmməd Tağıyev

 





14.10.2022    çap et  çap et