525.Az

41 nəfər dövlət orqanlarına seçilib


 

41 nəfər dövlət orqanlarına seçilib<b style="color:red"></b>

On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən 525.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu gün saat 11:00-a olan məlumata görə, 41 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibə oktyabrın 17-də başa çatacaq.

Sevinc Qarayeva

 

 





14.10.2022    çap et  çap et