525.Az

Qabil Hüseynli: "QHT-lərin birinci vəzifəsi Azərbaycanın milli maraqlarına xidmət etməkdir"


 

Qabil Hüseynli: "QHT-lərin birinci vəzifəsi Azərbaycanın milli maraqlarına xidmət etməkdir"<b style="color:red"></b>

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993- ildə ikinci dəfə respublikada hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti quruculuğuna da böyük diqqət ayırdı. Ölkəmizdə bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilməyə, qanunvericilik bazası yaradılmağa başladı. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 3000-dən artıq qeyri-hökumət təşkilatı mövcuddur. Bu təşkilatlar ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması, sosial, mədəni, humanitar  digər sahələr üzrə maarifləndirmə işləri, mühüm layihələr həyata keçirirlər. Görülən işlərə nəzər salarkən bir daha təsdiqlənir ki, QHT-lər ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, vətəndaş cəmiyyətinin inkişafı naminə dəyərli töhfələr veriblər. 1992-ci ildə "İctimai birliklər haqqında", 2000-ci ildə "İctimai birliklər fondlar haqqında" qanunların qəbulu bütün dünyada qəbul olunmuş QHT anlayışını Azərbaycana gətirməklə yanaşı, bu sahəyə diqqəti xeyli artırdı. Qısa zamanda humanitar sosial sahədə fəaliyyət göstərən çoxsaylı cəmiyyətlər, peşə birlikləri, ekoloji hüquq-müdafiə təşkilatları yaradılaraq qeydiyyata alındı.

Onlar ilk növbədə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində demokratik hüquqi dövlətin formalaşmasına, Azərbaycanın dünya birliyinə inteqrasiyasına, insan hüquqlarının qorunmasına, sosial-iqtisadi, qaçqın məcburi köçkün problemlərinin həllinə yardım etməyə çalışırlar.

Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolunu önə çəkən dövlət başçısı İlham Əliyevin fərmanı ilə "Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib. Bu Konsepsiyaya uyğun olaraq dövlət başçısının sərəncamı ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin vaxtdan müsabiqə yolu ilə müxtəlif sahələr üzrə qrantlar elan edilib qarşıya qoyulan məqsədə nail olmaq üçün böyük məbləğdə vəsait ayrılıb. Müxtəlif mövzularda yüzlərlə QHT layihələri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə həyata keçirilir. Bu da QHT-lərin xarici donorlardan asılılığını xeyli azaldıb.

Politoloq Qabil Hüseynli Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılan addımlara diqqət çəkib. Onun sözlərinə görə, bu istiqamətdə nəzərəçarpan uğurlar var, lakin Azərbaycanın müharibə şəraitində olması bu sahəyə təsirsiz ötüşməyib: "Bu səbəbdən vətəndaş cəmiyyətinin formalaşdırılmasında arzu edilən nailiyyətləri tam şəkildə qazanmaq hələ mümkün olmayıb. Bu isə qeyd etdiyim kimi sırf obyektiv səbəblərlə, yəni müharibə şəraiti ilə bağlıdır. Lakin bununla yanaşı xüsusilə son illərdə vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində daha pozitiv praktik addımlar atılmağa başlayıb. Hazırda respublikamızda vətəndaş cəmiyyətini təmsil edən kifayət qədər qeyri-hökumət təşkilatları var. Bu qurumlar vahid koordinasiya altında, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında birləşiblər". Onun sözlərinə görə,

dövlət QHT-lərin maliyyələşməsi istiqamətində ən mühüm layihələrə dəstək verir.

Politoloq qeyd edib ki, bütün bunlar həm vətəndaş cəmiyyəti haqqında təsəvvürlərin cəmiyyətin daha geniş kütlələrinə sirayət etməsi, həm bu stukturların cəmiyyətin özünə təsirli kömək etməsi üçün  geniş imkanlar açır: "Məsələn, bu gün kimsəsiz uşaqlara, yaxud ailə başçısını itirmiş ailələrə, aztəminatlı ailələrə yardım məqsədilə yaradılan QHT-lər çox yaxşı işləyirlər, yüksək göstəricilərə malikdirlər. Bununla yanaşı cəmiyyətdə vətəndaş cəmiyyəti şüurunun formalaşdırılması istiqamətində geniş təbliğat aparan, bu cəmiyyətin modelini, strukturunu, onun ayrı-ayrı elementlərini adi, nəzəri şüur səviyyəsində formalaşdırmağa çalışan QHT-lərin sayı az deyil. Yəni, sosial cəmiyyətin, demokratik cəmiyyətin ayrılmaz elementi  olan vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində atılan addımlar bu gün daha da surətlənib bu vəziyyət bizdə belə bir ümid yaradır ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu qarşıya qoyulmuş  vəzifələrin yerinə yetirilməsinə xidmət edəcəkdir".

Azərbaycanda QHT-lərin üçüncü sektor olaraq yaranması inkişafının  hansı zərurətdən qaynaqlanmasına toxunan Q.Hüseynli deyib ki, dünyanın bütün ölkələrində bu gün sosial dövlət quruculuğy ön plandadır: "Bununla bağlı müxtəlif təcrübələrdən istifadə olunur, amma sonda belə bir qənaət formalaşıb ki, cəmiyyətin təşkilinin ideal forması sosial yönümlü cəmiyyət orda vətəndaşların aktiv mövqeyə sahib olmaları, eyni zamanda vətəndaşların cəmiyyətdən dövlətdən aktiv yararlanmaları uğurlu cəmiyyət quruculuğunun başlıca meyarı hesab edilir. Yəni dövlət hakimiyyətin müəyyən funksiyalarının cəmiyyət üzvləri ilə paylaşması prosesi məhz vətəndaş cəmiyyətinin vacib göstəricilərindən biridir ki, bu da QHT-lər vasitəsilə həyata keçirilir. QHT-lər vasitəsilə insanlar bu ya digər formada dövlətin, cəmiyyətin idarə işlərinə cəlb edilir, eyni zamanda özləri yaratdıqları bu təşkilatlar vasitəsilə dövlətin müəyyən funksiyalarını öz üzərlərinə götürürlər. 

Beləliklə, cəmiyyət tədricən sərt mərkəzləşmədən uzaqlaşır, əks mərkəzləşmə prosesi gedir idarəetmə prosesləri daha geniş kütlələr tərəfindən həyata keçirilməyə başlayır.  Bu isə cəmiyyətin təşkilinin ideal olmasa da, mükəmməl formalarından biridir".

Politoloq hesab edir ki, vətəndaş cəmiyyəti strukturları qədər inkişaf edirsə, cəmiyyətdə, təşəbbüsə, özünü ifadəyə özünü realizəyə o qədər çox  meydan açılır nəticə etibarilə cəmiyyətin hər bir üzvünün potensialından daha səmərəli istifadəyə geniş perspektivlər yaranır.

Azərbaycanda  ictimai proseslərdə   sosial problemlərin həllində QHT-lərin rolunu vurğulayan Q.Hüseynliyə görə, ictimai proseslər sosial problemlər bir-birinə yaxın olsa da, amma əlbəttə ki, ictimai proseslər daha vacib cəmiyyətin bir növ özəyini təşkil edən prosesdir. Onun sözlərinə görə, QHT-lər bu gün Azərbaycanda sosial problemlərlə bağlı məsələlərdə daha fəaldırlar. "Amma ictimai məsələlərin həllində onların fəaliyyəti hiss ediləcək dərəcədə təsirli deyil. Bunu da QHT-nin təşəbbüs göstərməməsi ilə izah etmək olar".

Ekspert düşünür ki, QHT-lər bu gün cəmiyyət üçün aktuallıq kəsb edən bir sıra sosial problemlərlə bağlı daha fəal olmalı, təşəbbüslər irəli sürməlidirlər: İctimai münasibətlərlə bağlı problemlərdə QHT-lər özünüidarə proseslərinin geniş yayılmasında daha fəal iştirak etməlidirlər. Bu gün Azərbaycanda bələdiyyələr özünüidarəetmənin bir forması kimi meydana çıxıb. Amma bələdiyyələr özünün klassik formalarına çata bilməyiblər.  Onların səlahiyyətlərində  hansısa kəsir var, yaxud da öz funksiyalarını tam səriştəli həyata keçirmək iqtidarına malik olan kadrlarla təmin olunmayıb. Ümumiyyətlə, bələdiyyəçilik şüru Azərbaycanda o qədər yayğın deyil.  Bu məsələnin bir tərəfi, digər tərəfdən  cəmiyyətdəki

bir sıra sosial problemlərlə bağlı QHTt-lər ciddi şəkildə mübarizə aparmalıdırlar.

Onun sözlərinə görə, söhbət təkcə kriminal məsələlərdən yox, cəmiyyətdə yayılmaqda olan demoqrafik proseslərə təsir edən boşanma hallarının artması, uşaqlara kifayət qədər təhsilin verilməməsi, erkən nikahlar, milli mentalitetimizə tamamilə uyğun gəlməyən insan alveri hallarının artmasından gedir. "Mən ən ümdə problemlər kimi insan onun vacib problemlərinin QHT-lərin  fəaliyyətinin mərkəzində dayanmalıdır fikrinə tərəfdaram".


(
Ardı var)


PƏRVANƏ

 

 





18.06.2014    çap et  çap et