525.Az

Belçikalılar çarəni odun sobalarında görür


 

Belçikalılar çarəni odun sobalarında görür<b style="color:red"></b>

Enerji böhranı səbəbindən belçikalılar oduna üz tutur, qış aylarında isinmək üçün sobalarını qururlar. 

525.az Belçika mətbuatına istinadən xəbər verir ki, Avropada yaşanan enerji böhranı səbəbindən təbii qaz və elektrik enerjisinin qiymətləri bütün dövrlərin ən yüksək səviyyəsinə qalxıb və bu, vətəndaşların istilik seçimlərini dəyişməsinə səbəb olub. 

Təbii qaz ödənişlərinin yüksək olması səbəbindən bir çox belçikalı qızdırıcıları yandırmağa alternativ olaraq sobalarını quraşdıraraq qışa hazırlaşır. Buna görə də Belçikada oduna tələbat sürətlə artır. Tələbatın artması bu məhsulun qiymətini də sürətlə artırır. Ötən ilin bu dövründə 80 avro səviyyəsində olan ağacın bir kubmetrinin qiyməti 150 avroya çatıb. Beləliklə, ağac qiymətləri bir il ərzində təxminən 90 faiz artıb.

Malik Atilay

 





14.10.2022    çap et  çap et