525.Az

Vahid jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlanıb


 

Vahid jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlanıb<b style="color:red"></b>

“Media Reyestrində 20 manata qeydiyyat anlayışı yoxdur”.

525.az xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

O bildirib ki, 20 manat jurnalist vəsiqəsinin hazırlanmasına tələb olunan məbləğdir.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə qeyd edib ki, bu, jurnalistlərə təqdim edilən bir xidmətdir: “Qeyd edilən məbləğ də jurnalist vəsiqəsinin yüksək standartlara cavab verən formada hazırlanması üçündür”.

 





14.10.2022    çap et  çap et