525.Az

Yanacaq böhranı biznesmenlərdən yan keçməyib


 

Yanacaq böhranı biznesmenlərdən yan keçməyib<b style="color:red"></b>

Fransada davam edən yanacaq böhranı marketoloqlara da təsir edib. Ölkə daxilində benzinin qiymətinin artması səbəbindən köşk açmaqda çətinlik çəkən marketoloqlar vəziyyətin narahatlıq doğurduğunu vurğulayıblar.

525.az xəbər verir ki, Fransada baş verən yanacaq böhranı bazardan bazara gəzərək piştaxtalarını açan satıcıların qazancını azaldıb. Ölkədəki yanacaq böhranının təsirləri bazarlara da təsir etməyə başlayıb. Fransanın cənubundakı Vaucluse əyalətindəki Lourmarin bazarındakı 170 köşkdən 150-nin açıq olduğu və sahibkarların nəqliyyat vasitələri ilə uzun məsafələrə getdiyi, bu məsafənin bəzən həftədə 400 kilometrə çata biləcəyi qeyd edilib. Lourmarin bazarının satıcılarının narahat olduğuna diqqət çəkən xəbərdə buradakı bəzi dükanların yanacaq qıtlığı ilə bağlı müəyyən tarixlərdə və yerlərdə piştaxtalar açmayacağı bildirilir. Lourmarin şəhərindəki mağaza sahibi Simon: "Narahatedicidir ki, sabah əsl dizel olmasa, nə müştəri, nə də bazar olacaq", - deyib.

Qeyd edək ki, insanlar avtomobillərindən istifadə etməyə qorxurlar və bazarda müştəri azdır. Bu vəziyyətin son günlərdə 40 faiz dövriyyə itkisi kimi bəzi biznesmenlərə də təsir etdiyi paylaşılıb.

Məhəmməd Tağıyev

 





15.10.2022    çap et  çap et