Türkiyənin Manisa şəhərinin Qırxağac rayonunda icazəsiz qazıntı aparan iki şəxs tapdıqları tarixi əsər sayılan mozaikanı çıxarmağa çalışarkən həbs ediliblər.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Jandarma Cinayət Axtarış Qrupu Bakır Məhəlləsi yaxınlığında icazəsiz qazıntı işlərinin aparıldığı xəbəri üzərinə əməliyyat keçirib.
Əməliyyat zamanı iki şəxs yerin altındakı mozaikanı çıxarmaq istəyərkən cinayət başında yaxalanıblar. Tarixi əsər sayılan mozaikanın ətrafı nəzarətə götürülüb.
Malik Atilay
çap et