525.Az

İşğal altındakı tarix və mədəniyyət abidələri ilə bağlı layihə yekunlaşıb


 

İşğal altındakı tarix və mədəniyyət abidələri ilə bağlı layihə yekunlaşıb<b style="color:red"></b>

"Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyi (İB) işğal olunmuş ərazilərimizdəki tarix mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulan zərərin qiymətləndirilməsinə həsr olunmuş növbəti layihəni başa çatdırıb. İB-nin sədri Faiq İsmayılovun "525"ə verdiyi məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyat keçirilib.

Təşkilat tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, Ermənistan, "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni sərvətlərini kütləvi şəkildə talamaqla məşğuldur.

İB bu məsələni qardaş Türkiyədə aparıcı Avropa dövlətlərində müzakirəyə çıxarmaqla Ermənistanın hüquqazidd əməli nəticəsində Azərbaycanın tarix mədəniyyət abidələrinə vurulmuş zərərin hansısa formada ödənilməsini tələb edəcək.

Bu problemin Türkiyə Cümhuriyyətində araşdırılması müzakirəyə çıxarılması üçün İB iyunun 20- Ankara şəhərində elmi konfrans keçirməyi planlaşdırır.

Konfrans çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix mədəniyyət abidələrindən ibarət fotosərgi açılacaq.

Tədbirin sonunda bir qrup tanınmış elm dövlət xadiminə qurumun fəxri diplomları təqdim ediləcək.

S.ABDULLAYEVA

 





18.06.2014    çap et  çap et