525.Az

TDT-nin xarici işlər nazirlərinin növbəti görüşünün tarixi məlum olub


 

TDT-nin xarici işlər nazirlərinin növbəti görüşünün tarixi məlum olub<b style="color:red"></b>

İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının növbəti toplantısının tarixi məlum olub.

525.az xəbər verir ki, tarixi Dolmabahçe Sarayında keçiriləcək iclas oktyabrın 17-də yerli vaxtla 13:00-da başlayacaq.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.

Qeyd edək ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.

 





15.10.2022    çap et  çap et