525.Az

Masallıda III Beynəlxalq Folklor Festivalı keçirilib


 

Masallıda III Beynəlxalq Folklor Festivalı keçirilib<b style="color:red"></b>

Masallıda üç gün davam edən III Beynəlxalq Folklor Festivalı başa çatıb. APA-nın cənub bürosunun məlumatına görə, Mədəniyyət Turizm Nazirliyi Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın yekun konserti şəhərin Heydər Əliyev meydanında baş tutub.  Öncə III Beynəlxalq Folklor Festivalında iştirak edən Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya Litva nümayəndələrinin təltifetmə mərasimi olub. Təmsil etdikləri ölkələrin milli adət ənənələrini özündə əks etdirən maraqlı musiqi nömrələri ilə festivalı rövnəqləndirən folklor qruplarına diplomlar qiymətli hədiyyələr, o cümlədən Azərbaycanın simvollarını özündə əks etdirən suvenirlər verilib.

Qonaqlar
ölkəmizdə folklor festivalının keçirilməsini yüksək qiymətləndirərək, Azərbaycanın digər sahələrlə yanaşı, mədəniyyət sahəsində dünyanın lider ölkələrindən birinə çevrildiyini bildiriblər.

 Daha sonra incəsənət ustaları müxtəlif rəqslər, milli oyunlar, saz muğamlar ifa etməklə bir daha öz məharətlərini nümayiş etdiriblər.  Festival atəşfəşanlıqla sona yetib.

 





18.06.2014    çap et  çap et