525.Az

"İpək Yolu" festivalına son hazırlıq işləri görülür


 

"İpək Yolu" festivalına son hazırlıq işləri görülür<b style="color:red"></b>

Azərbaycanda keçirilən mədəniyyət tədbirləri arasında "İpək Yolu" Şəki Beynəlxalq musiqi festivalı parlaqlığı rəngarəngliyi ilə seçilir.

Bu festival ildən-ilə daha böyük populyarlıq qazanır. Hər il festivalın proqramında iştirak etmək istəyən ölkələrin sayı artır. "İpək Yolu" Şəki Beynəlxalq musiqi festivalının qeyri-adiliyi ondan ibarətdir ki, onun konsertləri tamaşaları açıq havada, tarixi memarlıq abidələri fonunda - Azərbaycanın qədim gözəl guşələrindən birində keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən "525"ə verilən məlumata görə, bu il iyulun 1-dən 5-dək keçiriləcək festivalın 5 illik yubileyinə hazırlıq işləri aparılır. Festivalın builki iştirakçıları arasında "Böyük İpək Yolu" ölkələrinə, həmçinin türkdilli xalqlara üstünlük verilib. Hindistanın Çinin böyük bədii kollektivləri festival iştirakçılarına şəkililərə ənənəvi milli incəsənətin rəqs, vokal, xalq çalğı alətlərinin ifası, xor musiqisi, habelə ekzotik milli kostyumlar qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər.

Festival iyulun 1- Niyazinin məşhur "Rast" simfonik muğamının musiqisi əsasında hazırlanmış balet tamaşası ilə başlanacaq. Festivalın proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı "Defile"-11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcək.

Bundan əlavə, festivalın sonuncu günündə Rusiyadan Sankt-Peterburq "Ermitaj" simfonik orkestrinin bayram konserti gözlənilir. Yeddi ölkədən gəlmiş rəssamlar festival təəssüratlarını öz tablolarında canlandıracaqlar. Onların içərisində Şimali Kipr, Makedoniya Monteneqrodan olan qonaqlar ilk dəfə bu festivalda iştirak edəcək. İstanbulun tanınmış "Modern folk topluluğu" maraqlı proqramla çıxış edəcək. Təbiidir ki, festivalın ev sahibi kimi bizim musiqi kollektivləri kənarda qalmayacaqlar. Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı ilə yanaşı, qədim musiqi alətləri ansamblı, Marionet Teatrı, habelə "Ermitaj" simfonik orkestri ilə birgə çıxış edəcək Azərbaycan vokalçıları öz məharətlərini göstərəcəklər.

"Evrovision" mahnı müsabiqəsinin qaliblərinin iştirakçılarının konserti festivalın yeniliyi olacaq. Bu konsert festivalın əhval-ruhiyyəsinə yeni emosiyalar ritmlər gətirəcək.

"İpək Yolu" Şəki Beynəlxalq musiqi festivalı Azərbaycan Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olmaqla, Mədəniyyət Turizm Nazirliyi Azərbaycanın Milli İrsinə Dəstək Fondunun dəstəyi ilə keçirilir.

S.ABDULLAYEVA

 





18.06.2014    çap et  çap et