525.Az

İranda həbsxana yanğını


 

İranda həbsxana yanğını<b style="color:red"></b>

İranın paytaxtı Tehrandakı Evin həbsxanasında yanğın baş verib. 

525.az xəbər verir ki, siyasi məhbusları ilə gündəmə gələn və atışma səslərinin də eşidildiyi həbsxanada nəzarətin təmin edildiyi və yanğının söndürüldüyü bildirilib. 

İranın rəsmi agentliyi İRNA-da yer alan xəbərə görə, Evin həbsxanasında məhbusların paltarlarını yandırması səbəbindən adi cinayətkarların saxlandığı bəzi palatalarda yanğın baş verib. Bildirilib ki, məhbuslarla mühafizəçilər arasında toqquşma və əlbəyaxa dava olub. Həbsxananın nəzarət altına alındığı və yanğının söndürüldüyü bildirilib.

Siyasi məhbusları ilə seçilən həbsxanada baş verən yanğının görüntüləri sosial şəbəkələrdə paylaşılıb, videolarda silah səsləri də eşidilib.

Malik Atilay

 





16.10.2022    çap et  çap et