Birgə qoşunların təşkili üçün tezliklə Rusiyadan Belarusa 9 min hərbçi gələcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, artıq qoşunlar Rusiyadan gəlməyə başlayıb. Onların dislokasiyası bir neçə gün vaxt aparacaq. Daha ətraflı məlumat bazar ertəsi keçiriləcək mətbuat konfransında veriləcək.
çap et