525.Az

Ermənistan silahlı qüvvələrinin şəxsi heyət və artilleriya qurğularının Daşkəsən istiqamətində cəmləşdiyi müşahidə edilir


 

Ermənistan silahlı qüvvələrinin şəxsi heyət və artilleriya qurğularının Daşkəsən istiqamətində cəmləşdiyi müşahidə edilir<b style="color:red"></b>

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

525.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

"Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", MN-dən bildirilib.

 





17.10.2022    çap et  çap et