525.Az

Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlanıb


 

Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan 525.az-a verilən məlumata görə, oktyabrın 10-dan 15-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 111 tank əleyhinə mina və 271 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 435 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





17.10.2022    çap et  çap et