İyunun 24-də saat 11:00-da gənclər və idman naziri Azad Rəhimov Ağcabədi rayonunun Ağcabədi Gənclər Mərkəzində vətəndaşları qəbul edəcək.
Nazirlikdən 525.az-a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.
Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşların qeydiyyatı iyunun 17-dən 23-dək saat 09:00 - dan 18:00-a qədər aparılacaq.
çap et