525.Az

Azərbaycan XİN Paşinyana Zəngəzur dəhlizi ilə bağlı cavab verib


 

Azərbaycan XİN Paşinyana Zəngəzur dəhlizi ilə bağlı cavab verib<b style="color:red"></b>

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.

525.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına cavab olaraq bildirilib

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, - qeyd olunub.

Xatırladaq ki, Paşinyan Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsini artıq bir müddətdir açıqlandığını və hökumətin Azərbaycan tərəfindən bu təklifə müsbət cavab veriləcəyini gözlədiyini deyib.

 





17.10.2022    çap et  çap et