Azərbaycan, Türkiyə və Özbəkistan nəqliyyat sahəsində ciddi və önəmli addımlar atıb.
525.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ukrayna müharibəsindən sonra Orta Dəhlizin əhəmiyyəti artacaq.
Nazir əlavə edib ki, Azərbaycan-Türkiyə-Qazaxıstan XİN rəhbərləri və nəqliyyat nazirlərinin növbəti iclası Aktauda, Azərbaycan-Türkiyə-Özbəkistan
XİN rəhbərlərinin görüşü isə Türkiyədə keçiriləcək.
çap et