525.Az

"Gəncədə baş verənləri öz gözümlə görmüşdüm" - Səfir


 

"Gəncədə baş verənləri öz gözümlə görmüşdüm" - <b style="color:red"> Səfir</b>

“Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə etmək üçün digər diplomatlarla birlikdə Gəncəyə ballistik raketlərlə hücumun ikinci il dönümündə bu şəhəri ziyarət etdik”.

525.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbirində bildirib.

Onun sözlərinə görə, bu hücumda mülki əhali həlak olub, mülki infrastruktura, yaşayış binalarına ciddi ziyan dəyib:

“Mən 2020-ci ildə hücumdan sonra da şəhəri ziyarət etmişdim, bu artıq şəhəri ikinci səfərimdir. Mən olanları öz gözümlə görmüşdüm”.

 

 





17.10.2022    çap et  çap et