İraqda Müqtəda əs-Sədrin rəhbərlik etdiyi Sədr Hərəkatının şiə alyansının baş nazir namizədi Məhəmməd Şia əs-Sudaninin quracağı hökumətdə iştirak etməyəcəyi bildirilib.
525.az xəbər verir ki, Sədrin sosial media hesabından edilən açıqlamada yeni hökumətlə bağlı qiymətləndirmələr aparılıb. Bəyanatda Müqtəda əs-Sədrin yeni hökumətin "milis, xaricə asılı və korrupsiyaya uğramış hökumət" olacağını düşündüyü və Sudani tərəfindən formalaşdırılan kabinetə Sədr Hərəkatına bağlı heç kəsin daxil olmayacağı bildirilib.
Qeyd edək ki, 10 oktyabr 2021-ci ildə İraqda keçirilən seçkilərdə birinci olan Sədr istədiyi hökuməti qura bilməyib və siyasətdən çəkilib. Sədr, bu hadisədən sonra məclisdəki 73 tərəfdaşını istefaya göndərmişdi.
Məhəmməd Tağıyev
çap et