525.Az

İtaliyada Benito Mussolini heyranı Parlament sədri


 

İtaliyada Benito Mussolini heyranı Parlament sədri<b style="color:red"></b>

İtaliyada sentyabrın 25-də keçirilən ümumi seçkilərdən sonra keçirilən yeni parlamentin ilk iclasında qatı sağçı İtaliya Qardaşları (FdI) Partiyasından İqnazio Benito Maria La Russa Senatın sədri seçilib. 

525.az xəbər verir ki, 75 yaşlı La Russa neofaşist İtaliya İctimai Hərəkatının (MSI) gənclər qolunda xidmət etdikdən sonra hərəkatın davamı olan Milli Alyansa rəhbərlik edib. 

La Russa 2012-ci ildə Giorgia Meloni ilə birlikdə İtaliya Qardaşlarını təsis edib. Faşist diktatoru Benito Mussolini ilə eyni adı daşıyan və faşist rejimin simvollarının qadağan edilməsinə qarşı çıxan La Russa 4 il əvvəl verdiyi müsahibədə evindəki Mussolini heykəlciklərini və faşizm xatirələrini qürurla kameralara göstərib. 

Qeyd edək ki, İtaliyada senatın sədrliyi prezidentlikdən sonra ikinci ən mühüm institusional roldur.

Malik Atilay

 





17.10.2022    çap et  çap et