Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi poliqonda "terror aktı" nəticəsində 11 nəfərin həlak olduğunu bildirib.
525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Müstəqil Dövlətlər Birliyindən (MDB) 2 nəfərin ölkənin Belqorod vilayətindəki hərbi poliqonda odlu silahla terror aktı törətdiyi bildirilib. Hücumda 11 nəfərin həyatını itirdiyinə dair məlumatların yer aldığı açıqlamada 15 nəfərin yaralandığı qeyd edilib.
Qeyd edək ki, hücumu həyata keçirən iki terrorçuda öldürülüb.

Məhəmməd Tağıyev
çap et