İran prezidenti İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin İrandakı nümayişlərlə bağlı açıqlamasına "ABŞ prezidenti açıqlamaları ilə başqa ölkələrdə xaos və terroru qızışdırır", - deyib.
525.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda Nazirlər Şurasının iclasında çıxış edib. Rəis deyib ki, ABŞ İrandakı nümayişləri dəstəkləyir və bu yolla iranlıları ümidsizliyə və xaosa məhkum etməyə çalışır.
ABŞ-ı “böyük şeytan” adlandıran Rəisi bölgədəki terror, xaos və təxribatın ABŞ rəhbərliyi tərəfindən dəstəkləndiyini bildirib.
İran prezidenti, “70 ildən artıq Fələstini işğal edən sionist İsrail rejiminə ABŞ-ın dəstəyi və Əfqanıstanın ABŞ tərəfindən işğalı bu böyük şeytanın əməllərindəndir”, - deyib.
ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatları və hücumları yaxşı bildiklərini qeyd edən Rəisi, İrana qarşı həyata keçirilən təsəvvürün iflasa uğrayacağını və məqsədlərinə çata bilməyəcəklərini bildirib.
Malik Atilay
çap et