İstanbulda Kadıköydə yerləşən göydələndə yanğın baş verib. Binanın sakinləri təxliyə edilib və 24 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
525.az xəbər verir ki,Fikirtəpə məhəlləsi Rüzgar küçəsində 24 mərtəbəli binada naməlum səbəbdən yanğın baş verib. Aşağı mərtəbələrdən başlayan yanğın tez bir zamanda çöl cəbhə vasitəsilə binanın sonuncu mərtəbəsinə çatıb. Xəbərdarlıq üzərinə bölgəyə sövq edilən Kadıköy, Üsküdar, Ümraniyə və Kartal yanğınsöndürənlərinin müdaxiləsi ilə binanın sakinləri təxliyə edilib.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmadığı bildirilib.


Məhəmməd Tağıyev
çap et