525.Az

Çin Kommunist Partiyasının 20-ci Milli Konqresi davam edir


 

Çin Kommunist Partiyasının 20-ci Milli Konqresi davam edir<b style="color:red"></b>

Çində ölkəni idarə edən Kommunist Partiyasının (ÇKP) 20-ci Milli Konqresi paytaxt Pekində davam edir.

525.az "China Daily"ə istinadən xəbər verir ki, ölkənin növbəti 5 ildə siyasi istiqamətini və inzibati heyətini müəyyənləşdirəcək qurultayın açılış mərasimi və ilk iclası Böyük Xalq Salonunda keçirilib. ÇKP-nin hazırkı və keçmiş liderlərinin iştirak etdiyi iclasda Baş katib və Sədr Si Cinpin qurultaya Mərkəzi Komitənin İş Hesabatını təqdim ediblər. "Çin xüsusiyyətləri ilə sosializm bayrağını ucaltmağa və hər cəhətdən müasir sosialist cəmiyyəti qurmağa çalışan birlik" başlıqlı hesabatda Partiya rəhbərliyinin son 5 ildə gördüyü işlər və gələcək hədəfləri ilə bağlı dəyərləndirmələrə yer verilib. Oktyabrın 16-da başlayıb, 22-ə  qədər paytaxt Pekində davam edəcək qurultaya ölkənin müxtəlif bölgələrindən 2296 nümayəndə qatılıb. ÇKP Milli Qurultayında nümayəndələr 205 tam və 171 əvəzedici üzvdən ibarət olan ÇKP Mərkəzi Komitəsini seçəcəklər. Yeni seçilmiş Mərkəzi Komitə öz daxilində 25 nəfərdən ibarət Siyasi Bürosu və 7 nəfərlik Siyasi Büronun Daimi Komitəsini müəyyən edəcək.

Məhəmməd Tağıyev

 





18.10.2022    çap et  çap et