525.Az

Serbiya Kiyevdəki səfirliyini müvəqqəti bağlayıb


 

Serbiya Kiyevdəki səfirliyini müvəqqəti bağlayıb<b style="color:red"></b>

Serbiyanın Kiyevdəki səfirliyi "işçilərinin təhlükəsizliyini təmin etmək üçün" müvəqqəti olaraq bağlanıb.

525.az xəbər verir ki, Serbiyanın Kiyevdəki səfirliyinin internet saytında yer alan yazılı açıqlamada, Serbiya Respublikasının Ukraynadakı səfirliyi personalının təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq bağlanıldığı qeyd olunub. Səfirlik işçiləri Ukraynaya qayıtmaq üçün şərtlər yerinə yetirilənə qədər Belqraddan işlərinə davam edəcəklər.

Qeyd edək ki, Serbiya Xarici İşlər Nazirliyi fevralın 13-də öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





18.10.2022    çap et  çap et