525.Az

ARDNŞ-in iki əməkdaşı qaz partlaması nəticəsində ölüb


 

ARDNŞ-in iki əməkdaşı qaz partlaması nəticəsində ölüb<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrinin birində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qaz partlayıb. Qaz partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları – 49 yaşlı il Əliyev Zakir Əsədulla oğlu və 51 yaşlı Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.
 
Hadisənin səbəbləri araşdırılır.
 





18.06.2014    çap et  çap et