525.Az

“525-ci qəzet”in əməkdaşı müsabiqədə qalib olub


 

“525-ci qəzet”in əməkdaşı müsabiqədə qalib olub<b style="color:red"></b>

Oktyabrın 18-də  “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş jurnalistlər üçün yazı (reportaj) müsabiqəsinin qalibləri açıqlanıb.

525.az xəbər verir ki, müsabiqəyə təqdim olunmuş köşə yazıları və reportajlar müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Mükafatlandırılacaq ən yaxşı 5 köşə yazısı və ən yaxşı 3 reportajın müəllifi seçilib. 

Müsabiqədə iştirak edən “525-ci qəzet”in əməkdaşı İlqar Tağıyev də “Mənim Şuşaya borcum” yazısı ilə qaliblər sırasında yer alıb.

Qeyd edək ki, yazı (reportaj) müsabiqəsi oktyabrın 7-də “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Füzuli, Hadrut və Şuşaya mediaturda iştirak edən jurnalistlər üçün təşkil olunmuşdu.

 





18.10.2022    çap et  çap et