525.Az

Daşqın nəticəsində 603 nəfər ölüb


 

Daşqın nəticəsində 603 nəfər ölüb<b style="color:red"></b>

Nigeriyada daşqınlarda 600-dən çox insanın öldüyü, 82 mindən çox evin tamamilə dağıldığı açıqlanıb. 

525.az xəbər verir ki, Nigeriyanın humanitar işlər naziri Sadiya Ömər Faruk mövzu ilə bağlı verdiyi açıqlamada: "Təəssüf ki, 603 nəfər ölüb", - deyib. 

Paylaşılan rəqəmlərə görə; 1,3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb, 82 mindən çox ev tamamilə dağılıb, 110 min hektar kənd təsərrüfatı sahəsi yararsız hala düşüb. 

Qeyd edək ki, bəzi əyalət hökumətlərinin hazırlıqlı olmaması səbəbindən ölənlərin sayı artır. Ölkədə 2012-ci ildə daşqınlar nəticəsində 363 nəfər həlak olub, 2.1 milyondan çox insan evlərini tərk edib.

Malik Atilay

 





18.10.2022    çap et  çap et