525.Az

Mübahisəli məbədə baş nazirdən ianə


 

Mübahisəli məbədə baş nazirdən ianə<b style="color:red"></b>

Yaponiyanın baş naziri Kişida Fumio İkinci Dünya Müharibəsində həlak olan 2.5 milyon insanın xatirəsinə 1869-cu ildə tikilmiş, mübahisəli sayılan Yasukuni məbədinə təntənəli ianə etdiyini açıqlayıb. 

525.az xəbər verir ki, paytaxt Tokionun Kudankita rayonundakı Şinto ziyarətgahında başlayan payız festivalı çərçivəsində baş nazir Kişidanın ofisi adından məbədə “Masakaki çiçəyi” göndərilib. 

Kyodo agentliyinin məlumatına görə, Baş nazirlik ofisinə yaxın mənbələr bildiriblər ki, Kişida üç günlük payız festivalı çərçivəsində ziyarətgahı rəsmi ziyarət etməyi planlaşdırmır. 

Dövlət rəsmilərinin məbədə rəsmi səfərləri və ianələri qonşu ölkələr Çin və Cənubi Koreyadan kəskin reaksiyalar yarada bilər. 

Qeyd edək ki, baş nazir kimi sonuncu dəfə Abe Şinzo 2013-cü ilin dekabrında məbədi ziyarət edib. 2012-2020-ci illərdə "ən uzun müddətli baş nazir" olan Abe bu il sui-qəsd nəticəsində öldürülüb. Pekin və Seulun sərt reaksiyaları ilə üzləşən Abenin səfəri Yaponiyanın əsas müttəfiqi ABŞ tərəfindən “qonşularla gərginliyi artıra biləcəyi üçün məyusluq” kimi şərh edilib.

Malik Atilay

 





18.10.2022    çap et  çap et