Mühafizəkarlar Partiyasından üç deputat baş nazir Liz Trassı istefaya çağırıb.
525.az Böyük Britaniya KİV-ə istinadən xəbər verir ki, Mühafizəkar deputatlar Krispin Blant, Endryu Bridgen və Ceymi Uollis baş nazir Liz Trassın istefasını tələb ediblər.
Blunt, Trassın mövcud iqtisadi böhrandan çıxa bilməyəcəyini düşündüyünü söyləyib. Onun ardınca Bridgen "Ölkəmiz, xalqımız və partiyamız daha yaxşısına layiqdir", - deyib. Uollis bildirib ki: “Trass Böyük Britaniyanın iqtisadi etibarını sarsıtdı və partiyanı düzəlməz şəkildə çətinə saldı".
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Liz Trass vergi endirimlərini nəzərdə tutan yeni iqtisadi proqramını elan etdikdən sonra funt sterlinq dollar qarşısında rekord səviyyəyə düşüb. Tənqidlərdən sonra Trass səhv etdiyini etiraf edib və Maliyyə və Xəzinədarlıq Nazirini dəyişib.
Malik Atilay
çap et