Rusiyanın Azov dənizi sahilində yerləşən Eysk şəhərinin hərbi hava limanından havaya qalxan sursatla dolu SU-34 bombardmançı təyyarəsi 9 mərtəbəli binaya çırpılıb.
525.az xəbər verir ki, sonradan döyüş sursatı ilə dolu olduğu anlaşılan SU-34 bombardmançı təyyarə hərbi bazadan havaya qalxdıqdan qısa müddət sonra idarəetmədən çıxaraq şəhərə doğru istiqamət alıb.
Pilot 9 mərtəbəli yaşayış binasına çırpılan təyyarəni son anda tərk edə bilib. Təyyarədəki sursatın zərbə ilə partlaması nəticəsində alov topuna çevrilən binada 4 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi qəzanın səbəbini mühərrikin nasazlığı ilə izah edib.
Sevil Seymur
çap et