525.Az

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımayacağını bildirib


 

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımayacağını bildirib<b style="color:red"></b>

Avstraliyanın xarici işlər naziri Penni Vonq əvvəlki hökumətin Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının ləğv edildiyini açıqlayıb.

 525.az xarici mediaya istinadən xəbər verir ki, Vonq açıqlamasında "Qüds İsrail və Fələstin xalqı arasında istənilən sülh danışıqlarının bir hissəsi kimi həll edilməli olan yekun status məsələsidir. Avstraliya İsrail və Fələstinin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində birgə mövcud olduğu iki dövlətli həllə sadiqdir. Səfirliyimiz həmişə Təl-Əvivdə olub və bundan sonra da olacaq”, - deyə bildirib.

Xatırladaq ki, Avstraliyada Skott Morrisonun rəhbərlik etdiyi hökumət 2018-ci ildə Qərbi Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanımışdı.

Sevil Seymur

 





18.10.2022    çap et  çap et