Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub.
Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır.
ETSN-in əməkdaşları tərəfindən reydlər davam etdirilir.
çap et