525.Az

"Qərbdə müsəlmanlara qarşı ikili standartlar da özünü göstərir"


 

"Qərbdə müsəlmanlara qarşı ikili standartlar da özünü göstərir"<b style="color:red"></b>

"Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır. Qərb dünyasının ictimai mövqeyində Azərbaycanı haqsız tərəf kimi təqdim etməyə çalışırlar". 

525.az xəbər verir ki, bunu Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib. 

Henri Cekson bildirib ki, bu, həm də erməni diasporunun fəaliyyətinin nəticəsidir:

"Həmçinin Qərbdə müsəlmanlara qarşı ikili standartlar da özünü göstərir. 4000 minə yaxın Azərbaycanlının itkin düşməsi faktdır. Amma Qərbdə bunu çox az adam bilir. Habelə, 1 milyona yaxın insan qaçqın düşüb. Sözügedən məsələlərdə araşdırmalarıma görə ciddi təqiblərə məruz qalmışdım. Məni hədələyirdilər. Çünki onlar bilirdilər ki, araşdırmanın nəticəsində ifşa oluna bilərdilər".

T.Kuzionun fikrincə, Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır.  Biz ikili standartların qarşısını almalıyıq.

Sevinc Qarayeva

 

 





19.10.2022    çap et  çap et