525.Az

"İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərdə də gördük”


 

"İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərdə də gördük”<b style="color:red"></b>

“Ermənistanın Gəncəni raketlə atəşə tutması dinc əhaliyə qarşı müharibə cinayətidir”.

525.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.

O qeyd edib ki, 2020-ci il oktyabrın 17-də İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin beşinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasından iki il ötür.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi növbəti qanlı müharibə cinayəti 1992-ci ildə Xocalıda törədilən soyqırımıdır: “Bu vəhşiliklərə görə məsuliyyət daşıyan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bildirmişdi ki, bu soyqırımın məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olub. Bunu İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərdə də gördük”.

Sevinc Qarayeva

 





19.10.2022    çap et  çap et