525.Az

ABŞ-dan Pakistan barədə açıqlama


 

ABŞ-dan Pakistan barədə açıqlama<b style="color:red"></b>

ABŞ prezidenti Co Baydenin Pakistanın nüvə aktivləri ilə bağlı açıqlamalarından sonra Vaşinqton administrasiyası İslamabadın nüvə aktivlərini qorumaq əzminə inandığını bəyan edib.

525.az xəbər verir ki, Geo News televiziyasının ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, Vaşinqton administrasiyası İslamabadın öz nüvə aktivlərini qorumaq əzminə əmindir. 

Xəbərdə Co Baydenin təhlükəsiz və dinc Pakistanın ABŞ-ın maraqları üçün vacib olduğuna inandığı və Vaşinqtonun İslamabadla uzunmüddətli əlaqələrinə dəyər verdiyi vurğulanıb. 

ABŞ prezidenti Bayden Pakistanı “dünyanın bir-birinə uyğun gəlməyən nüvə silahlarına malik ən təhlükəli ölkələrindən biri” adlandırıb. Baydenin açıqlaması İslamabad rəhbərliyinin reaksiyasına səbəb olub və ABŞ-ın İslamabaddakı səfiri Donald Blom Xarici İşlər Nazirliyinə çağırılıb.

Malik Atilay

 





19.10.2022    çap et  çap et