525.Az

Restoranda partlayış baş verib


 

Restoranda partlayış baş verib<b style="color:red"></b>

İspaniyanın Tarraqona şəhərində restoranda baş verən partlayış nəticəsində 2-si ağır olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

525.az "Murciatoday"ə istinadən xəbər verir ki, İspaniyanın Tarraqona şəhərindəki yapon restoranında naməlum səbəblərdən partlayış baş verib. Partlayışın yerli vaxtla saat 16:00-da restoranın bağlandığı vaxt baş verdiyi, 2-si ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib. 

Tarraqona meri Pau Rikoma verdiyi açıqlamada yaralananlar arasında yoldan keçən iki nəfərin də olduğunu bildirib: "Partlayışın nədən baş verdiyi məlum deyil, ancaq qazla bağlı olduğu demək olar ki, dəqiqdir". Yaralılar müalicə üçün xəstəxanaya aparılarkən, polis partlayışla əlaqədar araşdırma başladıb.

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et