525.Az

Türkiyə-Yunanıstan sərhədində immiqrant böhranı


 

Türkiyə-Yunanıstan sərhədində immiqrant böhranı<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı Türkiyə-Yunanıstan sərhədində 92 immiqrantın çılpaq halda tapılmasını pisləyib.

525.az xəbər verir ki, iki ölkə bu hadisəyə görə bir-birini günahlandırıb. Yunanıstan Türkiyənin etdiklərinin “insanlıq üçün utancverici” olduğunu desə də, Türkiyə Yunanıstanın mühacirlərə qarşı “qeyri-insani münasibətindən” ən qısa zamanda əl çəkməli olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı mühacirlərin vəziyyətinin son dərəcədə narahat edici olduğunu vurğulayaraq, məsələ ilə bağlı araşdırma başlanmasının vacibliyini açıqlayıb. 

Mühacirlərin paltarlarının niyə olmadığı hələ aydın deyil. Yunanıstan mühacirlərin Türkiyə sərhədindən paltarları soyunaraq gəldiyini və bəzilərinin yaralandığını paylaşıb. 

Avropa Birliyinin sərhəd qüvvələri olan Frontex bildirib ki, 92 nəfər əsasən Suriya və Əfqanıstandan olan şəxslərdir. Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Takis Teodorikakos miqrantların türk hərbi maşınları ilə sərhədə aparıldığını və Türkiyənin onları "qanunsuz immiqrasiyaya alət etdiyini" deyib.

Kommunikasiya naziri Fəxrəddin Altun, Yunanıstandan gələn açıqlamalarla bağlı "Yunanıstanın saxta xəbər maşını hələ də işləyir", - deyib. Altun, Yunanıstanın onların şəxsi əşyalarını əllərindən aldığını və deportasiya etdiyi qaçqınların fotolarını yayımladığını və bunun hörmətsizlik olduğunu bildirib. 

Tvitter hesabında paylaşım edən Altun, “Yunan səlahiyyətliləri əvvəlcə Frontex ilə əməkdaşlıq edərək Meriçdə Ege dənizində boğduqları körpələrin, qarət etdikləri, kəmərlə döyüldükləri və donaraq ölən insanların hesabını verməlidirlər ", - deyib.

Malik Atilay

 





19.10.2022    çap et  çap et