525.Az

Fransada minlərlə insan küçələrə axın edib


 

Fransada minlərlə insan küçələrə axın edib<b style="color:red"></b>

Fransada nümayişçilər enerjinin yüksək qiymətinə qarşı üsyan ediblər. Paytaxt Parisdə meydanı dolduran etirazçılar prezident Makron əleyhinə şüarlar səsləndiriblər.

525.az "France 24"ə istinadən xəbər verir ki, yanacaq böhranının məngənəsində olan fransızlar son illərin izdihamlı etirazlarından birini təşkil ediblər. Minlərlə nümayişçi enerji və yanacaq böhranı, iqlim dəyişikliyi mövzularına reaksiya verib və Paris küçələri Emmanuel Makron əleyhinə şüarlarla inildəyib. Etirazçılar enerji və ilkin tələbat mallarının artımına qarşı maaş artımı tələb edir. 

Qeyd edək ki, etirazçılar, həmçinin pensiya yaşının 60-a endirilməsini və iqlim böhranına qarşı təsirli tədbirlərin görülməsini tələb ediblər.

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et