525.Az

Bakı prosesinə həsr olunmuş qərar layihəsi UNESCO-da qəbul olunub


 

Bakı prosesinə həsr olunmuş qərar layihəsi UNESCO-da qəbul olunub<b style="color:red"></b>

Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

Bu barədə 525.az-a  Azərbaycanın UNESCO-dakı nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, qərar layihəsinə 41 ölkə ko-sponsor kimi qoşulub.

Qərar layihəsinin təqdimatı zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 2008-ci ildən başlanılmış təşəbbüsün dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olduğunu qeyd edib, bununla bağlı BMT BA-nın qətnaməsi və BMT Baş katibinin hesabatına istinad edib.

UNESCO, ISESCO kimi beynəlxalq təşkilatların tərəfdaş olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçının cəlb olunduğu nəzərə çatdırılıb.

UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsini hərtərəfli bloklamağa çalışsa da, gərgin müzakirələr nəticəsində qərar layihəsi yekdilliklə təsdiq edilib.

"Dünya Forumunun əsas məqsədi bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq haqqında danışmaq, ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq üçün platforma yaratmaqdır", - məlumatda deyilir.

 

 





19.10.2022    çap et  çap et