525.Az

İqlim fəallarının hədəfi avtomobil salonu olub


 

İqlim fəallarının hədəfi  avtomobil salonu olub<b style="color:red"></b>

İngiltərədə hökumətdən yeni neft və qaz lisenziyalarını dayandırmasını tələb edən ekoloji qrup "Just Stop Oil", paytaxt Londonda lüks avtomobil markası "Aston Martinin" salonuna boyalı hücum həyata keçirib.

525.az "BBC News"a istinadən xəbər verir ki, Sənət əsərlərinə hücumu ilə gündəmə gələn ekoloqlar qrupu "Just Stop Oil" son etiraz aksiyasında İngiltərənin paytaxtı Londonda lüks avtomobil qalereyasını hədəf alıb. İngiltərə hökumətindən yeni neft və qaz lisenziyalarının dayandırılmasını tələb edən ətraf mühit qrupu Londonun Park Lane küçəsindəki qalereyanın divar və pəncərələrini narıncı rəngə boyayıb, qalereyanın yerləşdiyi küçəni nəqliyyatın hərəkəti üçün bağlayıb.

Qrup, İngiltərənin daxili işlər naziri Suella Breyvmen İctimai Asayiş Qanunu çərçivəsində bu cür ekoloji etirazların qarşısını almaq planlarını açıqlamasından sonra baş verən aksiya ilə bağlı danışıb: "Aksiyanı susdurmağa yönəlmiş qabaqlayıcı tədbirlərdən əl çəkməyəcəyik. Biz qeyri-zorakı vətəndaş hərəkatıyıq. Sadəcə, nefti dayandırın".

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et