525.Az

Ermənistanın təqdim etdiyi mina fomulyarlarının cəmi 2 faizi səmərəli olub


 

Ermənistanın təqdim etdiyi mina fomulyarlarının cəmi 2 faizi səmərəli olub<b style="color:red"></b>

“Erməni işğalı zamanı ərazilərimiz sıx şəkildə minalarla çirkləndirilib. Ermənistanın təqdim etdiyi mina fomulyarlarının cəmi 2 faizi səmərəli olub”.

525.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, keçmiş təmas xətti daha çox minalanıb.

V. Süleymanov qeyd edib ki, minatəmizləmə əməliyyatları zamanı 1 kv. metrdə 8 mina tapılan yerlər aşkarlanıb:

“Horadiz-Ağbənd dəmir yolu xətti çəkilərkən minatəmizləmə zamanı 50 kv. metr ərazidə 30 tank əleyhinə plastik mina tapılıb”.

 

 





19.10.2022    çap et  çap et