525.Az

Prezidentin əfvi ilə daha 25 nəfər azadlığa buraxılıb


 

Prezidentin əfvi  ilə daha 25 nəfər azadlığa buraxılıb<b style="color:red"></b>

Misirdə 25 məhbus prezidentin amnistiyası ilə azadlığa buraxılıb.

525.az xəbər verir ki, Prezidentin Əfv Komitəsinin üzvləri Tarik əl-Avadi və Tarik əl-Huli "Facebook" hesablarında mövzu ilə bağlı açıqlama veriblər. Avadi: "Bu gün 25 ailə yaxınlarının qayıtmasına sevinəcək. Ümid edirik ki, digər məhbuslar da azad olunacaqlar", - deyib. Səhifəsində azadlığa buraxılanların adlarını paylaşan Avadi onlara qarşı irəli sürülən ittihamlar və həbs müddəti barədə məlumat verməyib. Millət vəkili olan Huli təfərrüatlı məlumat vermədən 25 məhbusun azad edildiyini açıqlayıb. Misir prezidenti Əbdülfəttah əs-Sisi aprelin 21-də ölkədə siyasi dialoqa başlamaq niyyətində olduğunu bildirib və bundan sonra Əfv Komitəsi aprelin 24-də fəaliyyətə başlayıb. Sisinin elan etdiyi və Müsəlman Qardaşları (İxvan) istisna olmaqla bütün seqmentləri əhatə edən milli dialoq prosesinin ilk iclası iyulun 5-də, ikincisi isə iyulun 19-da Qahirədə keçirilib. Aprel ayından etibarən məhkəmə qərarı və ya prezidentin amnistiyası ilə azadlığa çıxanların sayı 405-ə çatıb.

Qeyd edək ki, Misir qanunlarına görə, Baş Prokuror məhbusları azad etmək səlahiyyətinə, ölkə prezidenti isə son hökmü ilə məhkum edilmiş şəxslər üçün cəzanın hamısını və ya bir hissəsini əfv etmək hüququna malikdir.

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et