525.Az

İmran Xan növbədənkənar seçkilərə liderlik edir


 

İmran Xan növbədənkənar seçkilərə liderlik edir<b style="color:red"></b>

Pakistanda keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı (PTI) partiyası ölkədə keçirilən təkrar seçkilərə liderlik edir. 

525.az xəbər verir ki, Pakistanda keçirilən növbədənkənar seçkilərə keçmiş baş nazir İmran Xan liderlik edir. Ölkə mətbuatında yer alan xəbərə görə, Milli Assambleyada 8, Pəncab Assambleyasında isə 3 yer üçün əlavə seçkilər keçirilib. Qeyri-rəsmi nəticələrə görə, Xanın rəhbərlik etdiyi PTI Milli Assambleyada 8 yerdən 5-ni, Pəncabda isə 3 yerdən 2-ni qazanıb. Federal hökumətdəki koalisiya ortağı "Pakistan Xalq Partiyası" Milli Assambleyaya aralıq seçkilərdə 2 yer, baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi "Pakistan Müsəlman İttifaqı nəvaz partiyası" isə 1 mandat qazanıb. PTI-nin baş katibi Əsəd Ömər paytaxt İslamabadda verdiyi açıqlamada millətin iradəsinin aydın olduğunu vurğulayaraq, erkən seçkilərə işarə edib. İmran Xan aprel ayında vəzifəsindən uzaqlaşdırılandan bəri xalqı erkən seçkilərə çağırır. Aralıq seçkilərin nəticələrindən sonra Xan və partiyasının erkən seçki çağırışını daha güclü şəkildə səsləndirəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 "yox" səsi ilə geridə qalmışdı. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilmişdi.

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et