525.Az

Minlərlə ev su altında qalıb


 

Minlərlə ev su altında qalıb<b style="color:red"></b>

Avstraliyanın cənub-şərqində günlərdir təsirli olan şiddətli yağış minlərlə evi su altında qoyub.

525.az "The Canberra Times"a istinadən xəbər verir ki, Fövqəladə halların idarə edilməsi naziri Murrey Vatt verdiyi açıqlamada, daşqınlardan ən çox zərər çəkən Viktoriya əyalətinin bəzi bölgələrinin "şiddətli sel"lə üzləşdiyini bildirib. Ştatda vəziyyətin ciddi olduğunu qeyd edən Vatt, 34 minə yaxın evi su basmış ola biləcəyini deyib. Ölkənin cənub-şərqində minlərlə insanın təxliyə edildiyi, məktəblərdə təhsilin dayandırıldığı paylaşılıb. Victoria Dövlət Fövqəladə Hallar Xidmətinin rəsmisi Tim Viybuş, həftə sonu Kampaspe çayının daşması zamanı Roçester şəhərinin 85 faizinin su altında ola biləcəyini deyib.

Qeyd edək ki, son həftələrdə Viktoriya və Yeni Cənubi Uels ştatlarında daşqınlar nəticəsində iki nəfər ölüb, iki nəfər itkin düşüb.

Məhəmməd Tağıyev

 





19.10.2022    çap et  çap et